Daha bir qəza – 2 yaralı 

Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var.

 

Viral.az xəbər verir ki, qəza saat 17 radələrində Ələt-Astara yolunun rayonun Qalalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər – İbrahimov Həbib və Zülfüqarov Rövşən Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son Yazılar: