Ötən sutka 44 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.   FHN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə…

Ətraflı

Yol qəzası zamanı motosikletçi öldü

İmişlidə yol qəzası baş verib. Minik maşını ilə motosikletin toqquşması nəticəsində bir nəfər ölüb.   Viral.az xəbər verir ki, hadisə saat 9 radələrində İmişli şəhəri Pənah Həsənov və Qara Qarayev küçələrinin kəsişməsində qeydə alınıb. “Opel” markalı minik maşını ilə motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü Samir Məmmədov hadisə yerində ölüb.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

58 yaşlı qadın avtobusun altında qalıb öldü

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib. Viral.az xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə “Daewoo” markalı marşrut avtobusu piyadanı vurub. İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək…

Ətraflı

Buzovnada ölümlə nəticələnən QƏZA

Bakının Xəzər rayonun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtoqəza olub. Viral.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi “Mercedes” markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub. Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət…

Ətraflı

Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 28-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması…

Ətraflı

Beyləqanda 4 otaqlı evdə yanğın

Beyləqan rayonunda 4 otaqlı evdə yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən (FHN) Viral.az-a bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə, digər otağın 1 ədəd qapısı, pəncərə çərçivəsi və dam örtüyü 60 m² sahədə yanıb.   Evin qalan hissəsi yanğından mühafizə…

Ətraflı

Gədəbəydə 12 otaqlı evdə YANĞIN

Gədəbəy şəhərində ümumi sahəsi 700 m² olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 m² sahədə yanıb.   Viral.az xəbər verir ki, yüksək temperaturdan 1 otağın və dəhlizin tavanı 170 m² sahədə qarsalanıb.  Evin qalan hissəsi yanğından mühafizə olunub.   Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Lerikdə istirahət mərkəzində 14 yaşlı yeniyetmə körpüdən yıxıldı

Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.   Viral.az APA-ya istinadən məlumat verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.   Bakı sakini 2010-cu il təvəllüdlü H.B ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun…

Ətraflı

Ağdamda mina partladı – ANAMA-nın əməkdaşı ağır yaralandı

İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.   Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.   Bildirilib ki, ANAMA-nın əməkdaşı – 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun…

Ətraflı

Tanınmış aktyorların alim atası dünyasını dəyişdi

Tanınmış alim, memarlıq üzrə fəlsəfə doktoru Şənər Rzayev vəfat edib. Viral.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Şənər Niyazi oğlu Rzayev 1952-ci ildə anadan olub. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi.  Tanınmış alim həmçinin aktyor və ssenarist…

Ətraflı

Zaqatalada bacısını güllələyən qardaş TUTULDU

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonu, Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Zaqatala rayon prokurorluğundan Viral.az-a daxil olan məlumata görə, araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş…

Ətraflı

Vəfat edən məktəbli şəkər xəstəliyindən əziyyət çəkirmiş…

Xəbər verdiyimiz kimi, Şabran rayon, Əmirxanlı kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev dünyasını dəyişib.   Viral.az-ın məlumatına görə, APA şagirdin Şabran Rayon Mərkəzi Xəstəxanasında vəfat etdiyini yazıb.   Rayonun Əmirxanlı kənd tam orta məktəbinin altıncı sinif şagirdinin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.   Faktla bağlı araşdırma aparılır. 

Ətraflı

5 mərtəbəli ev yanıb kül oldu 

Bakının Sabunçu rayonunda evdə yanğın olub.   Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.   Məlumata görə, yanğın Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Evin yanar konstruksiyaları yanıb.   Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.   Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı

Kanalda boğulan hərbçimiz bu RAYONDANDIR

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib. Viral.az-ın məlumatına görə, vəfat edən hərbçi Xaçmaz rayonun Köhnə Xudat kənd sakinidir. O, 2002-ci ildə sözügedən kənddə anadan olub. Məlumata görə, hərbçi İkinci Qarabağ müharibəsində də iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub….

Ətraflı

Vardanyanın şikayəti rədd edildi 

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan haqda seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən şikayətə baxılıb. Viral.az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Ruben Vardanyanın şikayəti təmin edilməyib. Xatırladaq ki, bir müddət əvvəl cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi…

Ətraflı

Bağlı qalmış ağır cinayətin üstü AÇILDI

Bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb.   Viral.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.   Məlumata görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində bağlı qalmış daha bir xüsusilə ağır cinayətin üstü açılıb.   Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri…

Ətraflı

“Xankəndinin keçmiş meri” HƏBS EDİLDİ

2020-ci ilin sentyabrına kimi keçmiş separatçı rejimin dövründə “Xankəndinin meri” postunu tutmuş David Sarkisyan 20 sutkalığa həbs edilib. Viral.az xəbər verir ki, bu barədə onun vəkil Ruben Melikyan sosial şəbəkələrdə məlumat yayıb. Bundan əvvəl təhlükəsizlik qüvvələri Sarkisyanın evində axtarış aparıb. O və daha 3 nəfər saxlanılaraq dələduzluqda və 4 avtomobildən oğurluqda ittiham olunub. İstintaq davam…

Ətraflı

Tozlu hava şəraiti davam edir

Avtomatik meteoroloji stansiyalardan əldə olunan məlumatlara görə, hazırda Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2.8-3.2 dəfə çoxdur. Bunu Viral.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib. “Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb istiqamətli küləyin təsiri nəticəsində gün ərzində tozun miqdarının tədricən azalacağı gözlənilir”. Xatırladaq…

Ətraflı

Bakıda qonşular arasında dava zamanı Polşa vətəndaşı bıçaqlandı

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Viral.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib. Polşa vətəndaşı 1970-ci il təvəllüdlü Asenov Asen Şişmanov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı sol bazunun kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

Ətraflı