İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.
Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.
Son Yazılar:
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ
- Türkiyə klubunun baş məşqçisi ÖLDÜRÜLDÜ
Bildirilib ki, ANAMA-nın əməkdaşı – 1997-ci il təvəllüdlü Yusubov Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.
“Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir”, – məlumatda qeyd edilib.