Azərbaycanın tanınmış uşaq cərrahı vəfat etdi – FOTO
Azərbaycanın əməkdar həkimi, uşaq cərrahı, tibb elmləri doktoru, professor Rauf Quliyev vəfat edib. Viral.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Qeyd edilib ki, o, 71 yaşında dünyasını dəyişib. Xatırladaq ki, R.Quliyev 1953-cü il tarixdə anadan olub. Mərhum həkim Mərkəzi Neftçilər Xəstəxanasının əməliyyat və rezidentura şöbəsinin müdiri vəzifəsində çalışırdı.