Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır

Azərbaycan COP29-a yüksək səviyyədə hazırlaşır.   Viral.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.   O bildirib ki, iqlim ambissiyalarınıın Azərbaycana necə təsir edəcəyi olduqca vacibdir:   “Burada cəmiyyətin hər bir fərdindən söhbət gedir. İqlim dəyişmələri ilə bağlı…

Ətraflı

Baş Prokurorluq Gəncədə konfrans keçirəcək

Baş Prokurorluq tərəfindən Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçiriləcək.   Bu barədə Viral.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, mayın 30-da Baş Prokurorluq tərəfindən Gəncədə 15 regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.   Tədbir zamanı, həmçinin,…

Ətraflı

Təhsil nazirinə yeni müavin TƏYİN EDİLDİ

Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib. Viral.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 27 may 2024-cü il tarixli sərəncamında bildirilib. Rəşad Xudiyev bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Aparat rəhbəri, mədəniyyət nazirinin müavini, Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin…

Ətraflı

Aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, mayın 25-dən və 26-dək polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 30 patron təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan odlu silah-sursatın…

Ətraflı

Xarici işlər nazirliyi Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Mersin şəhərində çoxsaylı insan tələfatı ilə nəticələn yol qəzası ilə bağlı başsağlığı verib.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.   “Mersin magistral yolunda çoxsaylı insanın vəfat etməsi və yaralanması ilə nəticələnən qəza xəbəri bizi dərindən kədərləndirdi. Qəzada həlak olan insanlara Allahdan rəhmət, yaralılara…

Ətraflı

Yaponiyanın İmperatoru İlham Əliyevi təbrik etdi

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az-ın məlumatına görə, mətndə deyilir:   “Zati-aliləri.   Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram.   Zati-alinizə xoşbəxtlik, xalqınıza firavanlıq arzu edirəm”.

Ətraflı

Cinayətdə şübhəli bilinən 78 nəfər saxlanıldı

25-26 may tarixlərində ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   DİN-in Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    Narkotiklərlə əlaqəli 52 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi…

Ətraflı

Şahdağa dolu düşüb – FAKTİKİ HAVA

Mayın 27-si saat 10:00-a olan məlumata əsasən mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, mayın 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.   Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa,…

Ətraflı

Sumqayıtda sənədsiz tikili söküldü – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.   Nazirliyin saytından Viral.az-a verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.   FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və…

Ətraflı

“Brent” neftin qiyməti cüzi ARTIB

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin iyul müqaviləsinin dəyəri 0,23% artaraq 1 barelə görə 82.31 ABŞ dolları təşkil edib. Viral.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,35% azalaraq 1 barelə görə 77.99 ABŞ dolları təşkil…

Ətraflı

Ermənistanın iki vilayətini sel suları basıb

Xilasedicilərin və digər qüvvələrin köməyi ilə Ermənistanın Lori və Tavuş rayonlarının müxtəlif yaşayış məntəqələrindən 269 nəfər təxliyə edilib, çayın daşqın zonasında qalan 120 nəfər xilas edilib. Viral.az xəbər verir ki, bu, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mayın 26-da saat 22:00-a olan son məlumatıdır. Xilasetmə işlərini Daxili İşlər Nazirliyinin 30 döyüş briqadası həyata keçirir, 324…

Ətraflı

İrəvanda vəziyyət gərginləşir: 67 etirazçı saxlanılıb

“Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtı və regionlarında vətəndaş itaətsizliyi aksiyaları keçirirlər.   İrəvanda ümumilikdə 67 etirazçı saxlanılıb.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a polisin mətbuat xidməti mayın 27-si saat 08:55-ə olan məlumata istinadən bildirib.   Bazar ertəsi səhər arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında…

Ətraflı

Ötən həftə azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb

Ötən həftə işğaldan azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb.   Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183…

Ətraflı

Keşiş Paşinyanı sakitçə iqtidardan getməyə ÇAĞIRDI

“Bir din xadimi ilə görüşə təkcə siyasətçi kimi deyil, həm də kişi kimi gəlin. Ümid edirəm ki, siz görüşdən çəkinməyəcəksiniz, baxmayaraq ki, cəsarət etməyəcəyinə əminəm”. Viral.az xəbər verir ki, bunu Ermənistada hakimiyyət əleyhinə keçirlən mitinqlərin təşkilatçısı keşiş Baqrat Srbazan görüşə dəvət etdiyi Nikol Paşinyana müraciət edərək bildirib. “Gözümün içinə necə baxdığını bilmirəm: bir neçə gün…

Ətraflı

Sumqayıtda piyadanı maşın vurdu

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.   Viral.az xəbər verir ki, Hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.   Zərərçəkən dərhal xəstəxanaya yerləşdirilib.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Şəkidə “Kalaşnikov” satan şəxs saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü Namiq Məmmədov saxlanılıb.   DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Viral.az-a bildirilib ki, ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.   Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini bildirib.   Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində…

Ətraflı

Azərbaycanlılarla ermənilər yanaşı yaşaya biləcəklər? – VİDEO

Qazaxın işğaldan azad olunan dörd kəndinin sakinləri evlərinə qayıtmağa hazırlaşırlar. Onlar işğala qədər də ermənilərlə qonşuluqda yaşayıblar, indi də qonşu olacaqlar. Atalarımızın isə “qonşun pisdirsə, köç qurtar” deyimi həmişə işə yaramır. Qonşu xalqlar yanaşı yaşamağa məhkumdurlar. Viral.az xəbər verir ki, mövzu ilə bağlı “İTV Xəbər Yekun” paytaxt sakinləri arasında sorğu edərək, məsələyə münasibətlərini öyrənib. Ətraflı…

Ətraflı

Haazırda tıxac olan yolların SİYAHISI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Viral.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.   Hal-hazırda yollardakı vəziyyət:   1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;   2. Mətbuat prospekti, “Mikayl Müşfiq” dairəsi istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası…

Ətraflı

Yeni Qvineyada güclü zəlzələ

Papua – Yeni Qvineyanın sahilində 5,2 maqnitudalı zəlzələ olub.   Viral.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.   Mərkəzin verilənlərinə əsasən, təbiət hadisəsinin episentri əhalisi 40 min nəfər olan Arava kəndindən 89 km cənubda olub. Yeraltı təkanların ocağı 35 km dərinlikdə yerləşib.   Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami…

Ətraflı

Parisdə Müstəqillik Günü qeyd olunub

Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə böyük tədbirlər mərkəzi “Le Pavillon Dauphine”də qəbul təşkil olunub. Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin ifası ilə başlayıb.   Viral.az xəbər verir ki, tədbirdə səfir Leyla Abdullayeva ölkəmizin müstəqillik uğrunda keçdiyi yoldan danışıb. Bildirib ki, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət –…

Ətraflı

Güclü külək, yağış, dolu – GÜNÜN HAVASI

Mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 768 mm…

Ətraflı