-->

Sumqayıtda sənədsiz tikili söküldü – VİDEO

1716788728 66541bc48ed9066541bc48ed91171678816466541bc48ed8d66541bc48ed8f

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

Nazirliyin saytından Viral.az-a verilən xəbərə görə, bu çərçivədə, Sumqayıt şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Son Yazılar:

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.