Mayın 27-si saat 10:00-a olan məlumata əsasən mayın 26-sı bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Son Yazılar:
- Ekoloji aspektdə fəaliyyətimiz dayanıqlı inkişaf prinsiplərinə uyğundur
- “Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ
- Türkiyə klubunun baş məşqçisi ÖLDÜRÜLDÜ
Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 27-də gecə və səhər əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 6 mm, Zaqatala, Balakəndə 5 mm, Culfa, Şahbuz, Şahdağ, Göygöl, Naxçıvan, Ordubad, Daşkəsən, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Sabirabad, Cəfərxan, Yardımlıda 4 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Mayın 26-sı saat 16:00 radələrində isə Gədəbəyin Düzyurt kəndi ərazisinə diametri 6-8 mm olan, saat 16:40-16:45 radələrində isə Şahdağa dolu düşüb.
Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Zaqatala, Qrız, Lerik, Pirallahı, Binə, Neft Daşları, Çilov adasında duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-25, Naxçıvan MR-da 21-24, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.