Ukrayna PUA-sı Qazaxıstan sərhədlərində…

Ukrayna pilotsuz təyyarəsi Rusiya Federasiyasının Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Voronej M” uzaqmənzilli hədəf aşkar edən radiolokasiya stansiyasına qədər məsafə qət edib.

 

Son Yazılar:

Viral.az UNIAN-a istinadən xəbər verir ki, dünən Rusiya ictimai səhifələri Orsk yaxınlığında PUA-nın “düşdüyünü” və pilotsuz təyyarənin hədəfinin “hərbi obyekt ola biləcəyini” yazmışdı.

 

Qeyd edək ki, “Voronej M” Rusiyanın uzun mənzilli stasionar üfüqdən yuxarı radar stansiyalarından biridir. Bu, kosmik və aerodinamik obyektləri, xüsusən də ballistik və qanadlı raketləri aşkar etmək üçün nəzərdə tutulub. Radar 6000 km-ə qədər hədəf aşkarlama diapazonuna malikdir.