“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”ın “Android beta” versiyasına süni intellektlə foto redaktə funksiyası əlavə olunub. Viral.az-ın məlumatına görə, bu funksiya sayəsində istifadəçilər artıq süni intellektlə fotoları redaktə edə biləcəklər. Məlumata görə, söhbətdə + simvolunun yerləşdiyi yerdə “Imagine” düyməsi əlavə ediləcək. Həmçinin istifadəçilər bu şəkilləri qarşı tərəfə də göndərə biləcəklər. Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər…

Ətraflı

İstirahət mərkəzində oğurluq edən qadın tutuldu

İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3 900 manatının oğurlanması barədə polisə məlumat daxil olub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.   Faktla bağlı araşdırma aparılır.

Ətraflı

Yaxın günlərdə Laçının Sus və Zabuxda uşaq bağçaları açılacaq

Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq. Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil qrupları olacaq.

Ətraflı

Hindistanın Rusiyada iki yeni konsulluğu açıldı

Hindistanın Baş naziri Narendra Modi Moskvaya səfəri çərçivəsində hind icması ilə görüşündə Rusiyada iki yeni Hindistan konsulluğunun açıldığını elan edib.   Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, yeni konsulluqlar Kazan və Yekaterinburqda fəaliyyətə başlayıb.   Narendra Modi bildirib ki, məqsəd səyahətləri və işgüzar əməkdaşlığı asanlaşdırmaqdır.

Ətraflı

Baş prokuror Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri ilə görüşdü – FOTO

Avstriyaya işgüzar səfəri çərçivəsində Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni təyin edilmiş dekanı xanım Slaqyana Taseva ilə görüş keçirib.   Viral.az xəbər verir ki, Baş prokuror Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlər barədə və bu sahədə…

Ətraflı

Bu şəxslərə hər ay 345 manat ÖDƏNİLƏCƏK

Azərbaycan Prezidenti cənab İlham Əliyev “Məşğulluq haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları…

Ətraflı

Xırdalanda anbardan 10 000 manat dəyərində avadanlıq oğurlandı

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.   Araşdırma aparılır.

Ətraflı

Ötən sutka ərzində 73 yanğına çıxış olub

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Bu barədə Viral.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 73 yanğına çıxış və 7…

Ətraflı

İşə düzəltmək adı ilə dələduzluq edən şəxs saxlanıldı

Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Naxçıvan şəhər sakini Bəxtiyar Quliyev müəyyən olunaraq saxlanılıb.   Bu barədə Viral.az-a DİN-dən bildirilib.   Qeyd edilib ki, faktlarla bağlı araşdırma aparılır.   “B.Quliyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə “102” Zəng Mərkəzinə…

Ətraflı

Metroda gediş haqqının artırılması ilə bağlı AÇIQLAMA

Son günlərin ən çox müzakirə olan mövzularından biri də ictimai nəqliyyatda gediş haqqının artırılmasıdır. Cəmiyyət avtobuslarda olan qiymət artımına səbəb kimi yanacağın bahalaşmasını qəbul etsə də, metroda olan qiymət artımını heç cür anlaya bilmir. Hər kəsi bir sual düşündürür: metro qatarları Aİ-92 markalı benzinlə, ya da dizellə işləyir? Viral.az xəbər verir ki, Bakı Metropoliteni QSC-dən…

Ətraflı

“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır

“Birləşdik – 2024” təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır.   Viral.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək.   Təlimdə ölkəmizi təmsil edəcək Quru…

Ətraflı

Adil Əliyev kollektivə təqdim olundu

Azərbaycan Prezidentinin Sərəncamı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Adil Abış oğlu Əliyev bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.   Viral.az məlumatına görə, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. A.Əliyev ona göstərilən etimada görə…

Ətraflı

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

İyulun 8-də ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.   Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın…

Ətraflı

TƏBİB-dən məşhur meyxanaçının ölümüylə bağlı RƏSMİ AÇIQLAMA

05.07.2024-cü il tarixində saat 04:54 radələrində Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib….

Ətraflı

Bakıda sünnət edilən 4 aylıq körpənin ölümü ilə bağlı TƏFƏRRÜAT

Bakıda sünnət edilən 4 aylıq körpənin ölüm səbəbi ilə bağlı bəzi detallar məlum olub. Viral.az xəbər verir ki, hadisənin baş verdiyi “Real Hospital”ın həkimi Samir Hacıbabayev Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın timus vəzisində böyümə olub. İlkin ehtimala görə, körpədə tənəffüs problemi yaranıb: “Biz hələ ehtimal edirik, təbii ki, müayinələrdən sonra dəqiq səbəbi bəlli olacaq. Amma…

Ətraflı

“Qarabağ” bu gün yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək.   Viral.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ilk matçında Almaniyanın “Kayzerslautern” komandası ilə üz-üzə gələcək.   Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.   “Köhlən atlar” ikinci görüşdə Çexiyanın “Viktoriya” (Plzen) klubunu sınağa çəkəcək. Bu oyun saat 20:00-da başlayacaq.   “Qarabağ”ın…

Ətraflı

Rayonlarda 39 dərəcə isti olub

İyulun 9-u saat 9:00-a olan məlumata görə gözlənildiyi kimi, hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağıb.   Düşən yağıntının miqdarı Göyçay, Şahdağ, Neftçala, Şəkidə 1 mm-dək olub.   Şərq küləyi iyulun 8-də sarı xəbərdarlığa uyğun olaraq Gəncədə 18 m/s, Culfa, Şahbuzda 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və…

Ətraflı

Bakının 5 rayonun qazı KƏSİLƏCƏK

Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 09.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. “Azəriqaz”dan Viral.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova,…

Ətraflı

Narkotikin təsiri altında maşın sürdü, polis yaxaladı

Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinən sürücü həbs olunub.   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Viral.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Elməddin Qasımov saxlanılıb.   Araşdırmalarla sürücünün narkotik vasitənin təsiri altında…

Ətraflı

Pensiya və maaşlar bu tarixdə ARTIRILA BİLƏR

Dövlət sektorunda əmək haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır. Viral.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, artıq son məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi…

Ətraflı