“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”ın “Android beta” versiyasına süni intellektlə foto redaktə funksiyası əlavə olunub.

Viral.az-ın məlumatına görə, bu funksiya sayəsində istifadəçilər artıq süni intellektlə fotoları redaktə edə biləcəklər.

Məlumata görə, söhbətdə + simvolunun yerləşdiyi yerdə “Imagine” düyməsi əlavə ediləcək. Həmçinin istifadəçilər bu şəkilləri qarşı tərəfə də göndərə biləcəklər.

Son Yazılar:

Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.