Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 559 uşaq həlak olub.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.
“2024-cü il iyulun 9-na olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 559 uşaq həlak olub. 1449-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – məlumatda deyilir.
Son Yazılar:
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
- Bu şəxslərdən "Xalq artisti", "Əməkdar" və "Əməkdar hüquqşünas" adları geri alındı – FƏRMAN
Ən son qurbanlar bazar ertəsi Rusiyanın Kiyevə raket hücumu nəticəsində həlak olan 4 uşaqdır.
Həmin vaxt 8 və 14 yaşlı iki qız və 8 və 10 yaşlı iki oğlan ölüb. 2 yaşdan 17 yaşa qədər 10 uşaq idə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.