Həbsdən azad olunmasına 3 ay qalmış məhkumlarla görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti görüş keçirib. Bu barədə Viral.az-a ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 17 saylı Cəzaçəkmə Müəssisəsində təşkil edilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının…