Şəhid oğlu hərbi xidmətə YOLLANDI

Azərbaycanda həqiqi hərbi xidmətə çağırış davam edir.

Viral.az xəbər verir ki, bu gün hərbi xidmətə yola düşən çağırışçılar arasında Vətən müharibəsi şəhidi İlqar Vəliyevin oğlu Vəli Vəlizadə də var.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin şəhidi İlqar Vəliyev döyüşlərə ehtiyatda olan baş leytenant kimi könüllü olaraq qatılıb. Cəbrayıl – Füzuli istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edilməsində iştirak edib.

Son Yazılar:

20 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində şəhid olub. Şəhid Bakı şəhərindəki İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

İlqar Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bundan başqa, o, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

İki övladı yadigar qalıb.