Polisə qarşı zor tətbiq edən şəxslər həbs edildi

Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.   Sabirabad rayon prokurorluğundan Viral.az-a bildirilib ki, istintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini…

Ətraflı

XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi “X” hesabında 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım edib.   Viral.az-ın məlumatına görə, paylaşımda deyilir:   “Ümumdünya Qaçqınlar Günündə biz azərbaycanlı qaçqınların gücünə və cəsarətinə hörmətlə yanaşır və onların öz evinə ləyaqətli və təhlükəsiz şəkildə qayıtmaq hüququna malik olduğunu qeyd edirik. Azərbaycan qaçqınlarını atdıqları hər addımda qoruyur, dəstəkləyir və…

Ətraflı

Vyanada COP29-la bağlı tədbir keçirilib

Vyanada ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) prioritetləri ilə bağlı Azərbaycanın Avstriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə tədbir keçirilib.   Azərbaycanın Avstriyadakı səfirliyindən Viral.az-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Avstriya Respublikasındakı səfiri və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi…

Ətraflı

ADY bayramda 53 mindən çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb.   Viral.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.   Bu il bayram günləri…

Ətraflı

Yeni qatarlara 5 dəfə daş atılıb

Bayram günlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni istifadəyə verilmiş “Stadler” qatarlarına 5 dəfə daş atılıb. Viral.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bu məsuliyyətsiz davranış qatar personalı və sərnişinlərin həyatını təhlükəyə atır, qatarların hərəkətinə maneələr yaradır və yubanmalara səbəb olur: “Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına…

Ətraflı

Ərdoğan iyulda 4 ölkəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulda Qazaxıstan, Azərbaycan, ABŞ və Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər etməyi planlaşdırır.   Viral.az xəbər verir ki, Türkiyə liderinin xarici səfərləri iyulun 3-4-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin keçiriləcəyi Astana şəhəri ilə başlayacaq.   Türkiyə Prezidenti daha sonra Azərbaycana səfər edəcək, burada Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin…

Ətraflı

Avropa İttifaqının komissarı Bakıya gəldi

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.   Viral.az xəbər verir ki, Aİ komissarı bu barədə “X” hesabında bildirib.   “Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim…

Ətraflı

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 22-23 iyun tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada fermerlər müxtəlif bölgələrdən 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.   “Kənddən Şəhərə” yarmarkasının…

Ətraflı

Ukraynalı uşaqlar Bakının tarixi yerləri ilə tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən ukraynalı uşaqlar üçün Bakı turu təşkil edilib.   Nazirlikdən Viral.az-a verilən xəbərə görə, onlar İçərişəhər və Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və dənizkənarı bulvarla tanış olublar. Növbəti günlərdə uşaqların Atəşgah məbədi, Yanardağ abidəsi və bölgələrimizə…

Ətraflı

Paşinyan Zəngəzur səfərini qapalı müzakirəyə çıxardı

Ermənistan hökumətinin iyunun 20-də keçirilən iclası cəmi 20 dəqiqə çəkib. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, gündəliyə daxil edilmiş 46 məsələdən yalnız 3-ü sürətləndirilmiş qaydada müzakirəyə çıxarılıb. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan danışıb: “Bizim gündəmimiz tükənib, lakin mən Sünik  (Zəngəzur) səfərindən sonra qapalı formatda iş məsələlərini müzakirə etmək istəyirəm”. Daha sonra görüşün…

Ətraflı

Azər Maqsudova qarşı 400 minlik mülki iddia

Tanınmış alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məhkəmə qarşısına çıxarılıb.   Viral.az “qafqazinfo”yaa istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən iclasda Maqsudovun anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.   Prosesdə sərbəst mühakimə edilən təqsirləndirilən şəxs tərəfindən hər hansı vəsatət verilməyib. Müdafiə tərəfi işin məhkəmə…

Ətraflı

Azərbaycan ordusunda təlim keçirilir – VİDEO

Azərbaycan Ordusunda cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.   Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.   Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi…

Ətraflı

ETX və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB əməkdaşlığa başladı

Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.   Viral.az xəbər verir ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda əməkdaşlığın gücləndirilməsi, inkişaf etdirilməsi və birgə fəaliyyətin təşkil edilməsidir.   Əməkdaşlıq çərçivəsində ETX-nin “Gənclərin Maarifləndirilməsinə…

Ətraflı

Davamlı dünya qurmaq üçü ambisiyaları gücləndirməliyik

Qlobal istiləşməni 1,5 dərəcədə saxlamaq və iqlim dəyişikliyinə davamlı dünya qurmaq üçün aydın planlarla ambisiyaları gücləndirməliyik.   Viral.az xəbər verir ki, bunu COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 20-də Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının İqlim Fəaliyyəti Forumunda çıxışı zamanı deyib.   Azərbaycanın COP29-a sədrliyi çərçivəsində görülən işlər barədə məlumat…

Ətraflı

Taxıl sahələrinin 30 %-də biçin başa çatıb

Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 30 %-də biçin başa çatıb.   Viral.az bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargaha istinadən xəbər verir.   Məlumata görə, bu günə qədər 303 549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil…

Ətraflı

Doğum evində qazidən rüşvət tələb edildi

Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.   Viral.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.   İddiaya görə, Sevinc adlı tibb bacısı qazidən övladının anadan olmasına görə pul istəyib.   Görüntülərlə bağlı TƏBİB-lə əlaqə saxldıq. Qurumdan Viral.az-a verilən məlumata görə, TƏBİB sözügedən görüntülərdən xəbərdardır.  …

Ətraflı

Hacıqabulun Talış kəndində növbəti səyyar qəbul-görüş keçirilib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir. Bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.   Viral.az xəbər…

Ətraflı

Qriqoryan Makronun müşaviri ilə Cənubi Qafqazı müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransaya işgüzar səfəri çərçivəsində Fransa prezidentinin müşaviri Emmanuel Bonn ilə görüşüb. Viral.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası Katibliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə ikitərəfli münasibətlərin inkişafı, o cümlədən çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə edilib. Həmsöhbətlər regional hadisələri də müzakirə ediblər. Yuxarıda qeyd olunanlar kontekstində…

Ətraflı

DİN oğurluq edənlərin azadlıqda gəzməsi iddialara cavab verdi

Daxili İşlər Nazirliyi Quba sakininin evindən oğurluq edən şəxslərin azadlıqda gəzməsi ilə bağlı iddialara münasibət bildirib.   Nazirliyin Quba regional bölməsindən Viral.az-a verilən xəbərə görə, məsələ ilə bağlı Quba RPŞ-də təsərrüfat araşdırmaları aparılıb:   “Məlum ki, oğurluğu edən şəxs olub oğlu Tarverdiyev Zaur Zeyn oğludur. Zaurverdiyev hazirda xəstəxanada müalicə olunur. Müalicəsi tamamlandıqdan sonra xəstə qanunamüfiq…

Ətraflı

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alındı

İyun ayının 18-də saat 15:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 350 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Viral.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat məlumatında deyilir. Fakt…

Ətraflı