Doğum evində qazidən rüşvət tələb edildi

Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.

 

Viral.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.

Son Yazılar:

 

İddiaya görə, Sevinc adlı tibb bacısı qazidən övladının anadan olmasına görə pul istəyib.

 

Görüntülərlə bağlı TƏBİB-lə əlaqə saxldıq. Qurumdan Viral.az-a verilən məlumata görə, TƏBİB sözügedən görüntülərdən xəbərdardır.

 

“Zəruri araşdırmalar edildikdən sonra məlumat veriləcək”, – açıqlamada deyilir.