Azərbaycanda yüksəkvəzifəli şəxs həbs olundu
Daşkəsən Rayonu Əhmədli Kənd Bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Daşkəsən Rayon Prokurorluğundan Manset.az-a bildirilib ki, istintaqla Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin mülkiyyətindəki torpaq sahələrinin müxtəlif şəxslərə ayrılmasına dair təkbaşına…