Aqrar Xidmətlər Agentliyində “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbir keçirilib.
Viral.az xəbər verir ki, tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov insan hüquq və azadlıqlarının yaranma tarixi barədə məlumat verərək bildirib ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Anar Əzimov əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatların insanların sosial rifah halı, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə prosesində təmininə, habelə dayanıqlı inkişafa yönəldiyini iştirakçıların diqqətinə çatdırıb.
Son Yazılar:
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
Tədbirdə İnsan resursları və sənədlərlə iş şöbəsi, eləcə də Hüquq şöbəsinin əməkdaşları çıxış edərək insan hüquq və azadlıqlarının müdafiəsi barədə qəbul olunmuş normativ hüquqi sənədlər, habelə Agentliyə daxil olan vətəndaş müraciətlərinin vaxtında cavablandırılması, icrasına nəzarətin təmin olunması barədə məlumat veriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.