“Qarabağ” növbəti qələbəsini QAZANDI

Azərbaycan Premyer Liqasında lider “Qarabağ” növbəti qələbəsini qazanıb.

Viral.az xəbər verir ki, IX turun bağlanış oyununda səfərdə “Sumqayıt”la qarşılaşan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv minimal hesablı qələbəyə sevinib.

Yeganə qolu 74-cü dəqiqədə Elvin Cəfərquliyev meydan sahiblərinin qapısından keçirib.

Son Yazılar:

Bu qələbə Ağdam təmsilçisinə ölkə çempionatındakı 21-ci xalı qazandırıb. Turnir cədvəlinə “Qarabağ” başçılıq edir. “Sumqayıt” isə 7 xalla səkkizinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Kəpəz” “Neftçi”ni 4:3, “Səbail” “Şamaxı”nı 2:0, “Turan Tovuz” isə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. “Sabah” – “Araz-Naxçıvan” oyunu isə heç-heçə yekunlaşıb – 1:1.