Ermənistanda hakimiyyət əleyhinə aksiya KEÇİRİLİR

Ermənistanın paytaxtı İrəvanın “Müqəddəs Hərəkat” “Respublika” meydanında Baqrat Srbazanın rəhbərliyi ilə mitinq keçirir.

Bu barədə Viral.az yerli mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, mitinqdən sonra Baqrat Srbazan və tərəfdarları canlı yayım tələbi ilə İctimai Televiziyanın binasına doğru yürüş ediblər. Telekanalın direktoru bildirib ki, onlar yepiskopun canlı müsahibəsini efirə verə bilərlər. Baqrat Srbazan bununla razılaşıb və İctimai Televiziyada danışıb.

Son Yazılar:

O, həmçinin bildirib ki, bu toplanışla mübarizənin həlledici mərhələsi başlayır.

Baqratın sözlərinə görə, tərəfdarları ilə Konstitusiya Məhkəməsinin binasına gedəcək. Srbazan həmçinin Konstitusiya Məhkəməsinin bütün keçmiş və indiki hakimlərini məhkəmənin qarşısına çıxmağa dəvət edib.

Baqrat Srbazan növbəti addımları Konstitusiya Məhkəməsində açıqlayacaqlarını bildirib.