Leysan yağışlar üç nəfərin ölümünə səbəb oldu
Vyetnamın şimalındakı Ha Giang əyalətində davam edən leysan yağışlar nəticəsində baş verən daşqın və torpaq sürüşmələri üç nəfərin həyatına son qoyub. Viral.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Ha Giang şəhərində 130-dan çox avtomobil su altında qalıb. İlkin hesablamalara görə dəymiş ziyanın dəyəri təxminən 19,5 milyard VNĐ (769,000 ABŞ dolları) təşkil edir.