Həlak olan mayorla vida mərasimi keçirilir

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxışlı Baxış Elşən oğlu ilə Tərtərdə vida mərasimi keçirilir.

 

Viral.az xəbər verir ki, şəhid hərbçinin nəşi Tərtər rayonunun İsmayılbəyli kəndi kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada hərbçi ilə vida mərasimi keçirilir.

Son Yazılar:

 

Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

 

Faktla bağlı araşdırma aparılır.