Müstəqillik Günü İstanbulda böyük coşqu ilə qeyd edilib

Azərbaycanın 28 May – Müstəqillik Günü İstanbulda böyük coşqu ilə qeyd edilib. Viral.az xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad olunub. Sonra Azərbaycanın müstəqillik tarixinə həsr olunan videoçarx nümayiş etdirilib. Dərnəyin Baş katibi Metin…

Ətraflı

Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Bir kərə yüksələn bayraq bir daha enməz.   Viral.az xəbər verir ki, bu ifadələr Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajında yer alıb.   Azərbaycan və Türkiyə bayraqları ilə yayımlanan paylaşımda “Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”, – deyə qeyd olunub.  …

Ətraflı

İran və Rusiya Təhlükəsizlik Şuralarının katibləri telefonla danışıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə İranlı həmkarı Əli Əkbər Əhmədiana Prezident İbrahim Rəisi və bir sıra yüksək vəzifəli rəsmilərin həlak olduğu helikopter qəzası ilə bağlı başsağlığı verib. Viral.az-ın IRIB İnformasiya Agentliyinə istinadən xəbərinə görə, tərəflər arasındakı telefon danışığı zamanı S. Şoyqu Moskva ilə Tehran arasında yüksək səviyyəli əməkdaşlığın davam etdiriləcəyini bildirib. Öz növbəsində…

Ətraflı

Gürcüstanın səfirliyindən Müstəqillik Günü TƏBRİKİ

Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyinin 106-cı ildönümü münasibətilə təbrik edib.   Viral.az-ın məlumatına görə, səfirliyin “Facebook” hesabındakı təbrikdə deyilir:   “Gürcüstan Səfirliyi dost və qardaş Azərbaycan Respublikasını və xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir, sülh, firavanlıq və uğurlar arzulayır!   Ölkələrimiz arasında əsrlər boyu qurulmuş mehriban qonşuluq və dostluq münasibətləri,…

Ətraflı

Kürdə suyun səviyyəsi yenə azalıb

28 may saat 12:00-a olan məlumata əsasən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb.   Bu barədə Viral.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bildirilib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 497 sm təşkil edir.   Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa…

Ətraflı

Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram

TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Hörmətli cənab Prezident.   Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, təşkilata üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən…

Ətraflı

Baqrat Srbazanın hərəkatı son mərhələsinə qədəm qoyub

Baqrat Srbazanın rəhbərlik etdiyi xalq hərəkatı faktiki olaraq son mərhələsinə qədəm qoyur. Viral.az xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri David Ananyan bildirib. “Srbazan baş nazirin istefası tələbini irəli sürüb və mütəmadi olaraq ictimai çıxışlar vasitəsilə istefanın şərtlərini müzakirə edir. Hazırda baş nazirdən heç bir reaksiya və ya açıqlama yoxdur. Başa düşmək çox…

Ətraflı

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Prezident İlham Əliyevə təbrik məktubu göndərib.   Viral.az xəbər verir ki, təbrik məktubunda deyilir:   “İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi, həmçinin ölkənizə və xalqınıza sülh və firavanlıq arzularımı çatdırım.   Şadam ki, Latviya ilə Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlər mövcuddur, qarşılıqlı maraq doğuran…

Ətraflı

Prezident və xanımı Xocalıya köçən sakinlərlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.   Viral.az xəbər verir ki, dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.   Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı…

Ətraflı

İranın Bakıdakı səfirliyi Azərbaycan xalqını təbrik etdi

İranın Bakıdakı səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.   Viral.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.   “İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May – Azərbaycan Müstəqillik Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır”, – deyə məlumatda qeyd olunub.

Ətraflı

Sabiq müdafiə naziri İkinci Şəhidlər xiyabanında dəfn olundu

Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Viral.az xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin…

Ətraflı

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməyə davam edir

“Ermənistanın yerləşdirdiyi minalar bu yaxınlarda işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıları öldürməyə və şikəst etməyə davam edir”.   Viral.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında yer alıb.   “Bu gün Sırxavənd kəndində minanın partlaması nəticəsində 27 yaşlı işçi ağır xəsarət alıb, ayağı amputasiya edilib.   Geniş səylərə baxmayaraq, Ermənistanın minaların…

Ətraflı

GUAM-ın Baş katibi İlham Əliyevi təbrik etdi

GUAM-ın Baş Katibi Altay Əfəndiyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Zati-aliləri.   Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram. Azərbaycan Respublikası ildən-ilə öz müstəqilliyini, suverenliyini, regiondakı…

Ətraflı

Rusiya Ermənistanda istənilən hökumətlə işləməyə hazırdır

“Rusiya Ermənistanda sabit vəziyyətin olmasında maraqlıdır”. Viral.az xəbər verir ki, bunu Rusiyanın Federal Şurasının Beynəlxalq Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib. O deyib ki, Rusiya Federasiyası Ermənistanın istənilən hökuməti ilə işləyəcək: “Mayın 27-də səhər saatlarından Ermənistanın müxtəlif bölgələrində müntəzəm etiraz aksiyaları başlayıb. Etirazçılar Bakı ilə İrəvan arasında Tavuş vilayətinin sərhədindəki demarkasiya prosesi ilə əlaqədar…

Ətraflı

“Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.   Viral.az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “İki bədəndə bir can; Türkiyə-Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 28 May – Müstəqillik Günü mübarək. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik”, – deyə paylaşımda qeyd…

Ətraflı

4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanıldı

Nizami rayonunda 4 min manatlıq lotoreya biletləri oğurlayan şəxs saxlanılıb.   Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az verilən xəbərə görə, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni…

Ətraflı

Ermənistan müharibədən sonrakı reallığı dərk edərək sağ qaldı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Respublika Günü münasibətilə xalqına təbrik ünvanlayıb. Viral.az xəbər verir ki, Paşinyan təbrikində 2020-ci ilin 44 günlük müharibəsindən sonrakı Ermənistan Respublikasından bəhs edib.Bildirib ki, müharibədən sonra Ermənistan Respublikasından reallığı yeni dərk edərək, yeni düşüncə modellərinin formalaşması sayəsində sağ qaldı.  “Bu yeni təfəkkür formaları və yeni perspektivlər göstərir ki, daim dəyişən dünyada…

Ətraflı

İtaliya Prezidentindən təbrik məktubu

İtaliya Prezidenti Sercio Mattarelladan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.   Viral.az xəbər verir ki, məktubda deyilir:   “Zati-aliləri.   Dost Azərbaycan xalqı milli bayramını qeyd etdiyi gündə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.   Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək…

Ətraflı

Tozlu hava davam edir

Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur.Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.   Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.   ” Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və…

Ətraflı