Nizami rayonunda 4 min manatlıq lotoreya biletləri oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az verilən xəbərə görə, Nizami rayonunda avtomobillərdən birindən içərisində 4430 manat dəyərində lotereya biletləri, sənədlər, bank kartları və açarlar olan çanta oğurlanıb. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib. Həyata keçirilən tədbirlər zamanı hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Fərid Əliyev saxlanılıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Araşdırmalar davam etdirilir. F.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.