İranda iyunun 28-də keçiriləcək növbədənkənar prezident seçkilər ərəfəsində keçirilən sorğunun nəticələri açıqlanıb.
Viral.az xəbər verir ki, Press TV-nin dərc etdiyi sorğunun nəticələrində Səid Cəlili önə çıxıb. O, 22,5% faiz səslə digər prezidentliyə namizədləri qabaqlayıb.
Parlamentin spikeri Məhəmməd Baqir Qalibaf 19,5%, Məsud Pezeşkian 19,4% səslə növbəti yerlərdə gəlirlər.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Əmirhüseyn Qazizadə Haşimiyə respondentlərin 2,7 faizi səs verib.
Tehran meri Əlireza Zakani 2,2%, keçmiş daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi 0,9% səslə siyahının sonunda qərarlaşıb.
İyunun 18, 19 və 20-də keçirilən sorğuya Tehran, müxtəlif əyalətlər, əyalət paytaxtları və seçilmiş kəndlərdən olan respondentlər daxil olub.