Əlverişsiz havaya görə imtahanın vaxtı DƏYİŞDİRİLDİ

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.

Bu barədə Viral.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.

Son Yazılar:

Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.