İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei prezidentliyə namizədlərə müraciət edib.
Viral.az İran KİV-nə istinadən xəbər verir ki, Xamenei namizədləri teledebatlar zamanı diqqətli olmağa çağırıb:
“Namizədlər debatlar zamanı düşmənləri sevindirəcək ifadələrdən çəkinməlidirlər. Bəzən ölkənin, millətin, İslam Respublikası quruluşunun düşmənlərini sevindirəcək sözlər irəli sürülə bilər. Ona görə də deyilən sözlər düşməni sevindirməməlidir”.