“Everton”un yeni transferi

İngiltərənin “Everton” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

 

Viral.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liverpul təmsilçisi “Aston Villa”dan 21 yaşlı mərkəz yarımmüdafiəçisi Tim İroqbunamı transfer edib. Onunla üçillik müqavilə imzalanıb.

Son Yazılar:

 

“Everton”un bu keçid üçün qarşı tərəfə 9 milyon funt-sterlinq ödədiyi bildirilib.

 

Qeyd edək ki, Tim İroqbunam ötən mövsüm “Aston Villa”nın heyətində Premyer Liqada 9 oyunda iştirak edib.