Şahruddin Türkiyə klubundan getdi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

 

Viral.az xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini birtərəfli olaraq pozub.

Son Yazılar:

 

Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçən Ş.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb. O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.