Yük maşını məktəbin qarşısında qadını vurub öldürdü

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Viral.az APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Son Yazılar:

 

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

 

Faktla bağlı araşdırma aparılır.