Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən Viral.az-a verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.