Macarıstanın baş naziri Viktor Orban ölkəsinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinin ən mühüm məqamları arasında Ukraynadakı münaqişənin sona çatmasını qeyd edib.
Viral.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Funke” media qrupuna müsahibəsində deyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
“Ən vacib məqamlar: biz Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq istəyirik. Biz müharibənin bitməsinin tərəfdarıyıq. Və miqrasiya problemi həll edilməlidir. Bundan əlavə, biz əmin olmaq istəyirik ki, Aİ-nin genişlənməsi məsələsində Qərbi Balkanlara doğru irəliləyiş var”, – deyə o qeyd edib.
Orban miqrasiya məsələsinə daha ətraflı toxunub. O qeyd edib ki, Macarıstan artıq ölkədən kənarda sığınacaqla bağlı müraciətlərə baxılması sxemini qurub:
“Əgər miqrantlar Macarıstana gəlmək istəyirlərsə, əvvəlcə Macarıstan səfirliyinə, məsələn, Serbiyanın paytaxtı Belqraddakı səfirliyinə getməlidirlər. Orada bütün sənədlər öyrəniləcək. Yalnız Macarıstan hakimiyyəti yaşıl işıq yandırsa, miqrantlar içəri daxil ola biləcək, əks halda yox”.
O qeyd edib ki, Almaniya kansleri Olaf Şoltsun miqrasiya probleminin həlli yollarını tapmaq, o cümlədən Aİ hüdudlarından kənar müraciətlərə baxmaq cəhdlərini alqışlayır.