-->

Avtomatı satmağa cəhd etdi – SAXLANILDI

1719131165 93766261 ca69 3854 904b f27d7af4ae0e 850

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum olunmuş 1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.

 

Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Son Yazılar:

 

Məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

 

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.