Mingəçevir su anbarında batan balıqçılardan birinin meyti su hövzəsinin Samux rayon ərazisinə aid hissəsində tapılıb.
Viral.az-ın məlumatına görə, iyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Qax rayon sakini, Rövşən Hümbət oğlu Hümbətovun meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları isə davam etdirilir.