Ümumi səriştələri ölçən alətlərin – situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üçün mütəxəssislərin yetişdirilməsi məqsədilə “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində Dövlət İmtahan Mərkəzin əməkdaşları xarici mütəxəssislər tərəfindən verilən təlimlərdə iştirak ediblər. Təlim çərçivəsində xarici mütəxəssislərin bilavasitə müşahidə və nəzarəti altında Mərkəzin əməkdaşları situasiya mühakimə testləri üzrə müxtəlif səriştələrin ölçülməsi üçün nəzərdə tutulmuş yüzlərlə tapşırıq hazırlayıblar.
Viral.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
DİM-in rəhbəri bildirib ki, situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesini intensivləşdirmək və bu sahədə yerli mütəxəssislərin yetişdirilməsi prosesinin əhatə dairəsini genişləndirmək məqsədilə müxtəlif sahələr üzrə çalışan mütəxəssisləri Mərkəz prosesə cəlb edib. Müəyyən edilmiş meyarlar əsasında mütəxəssislər seçilmiş, onlara situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması üzrə təlimlər keçirilib. Təlim materialını uğurla mənimsəmiş iştirakçılarla müqavilə bağlanıb, onlar situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanması prosesinə cəlb edilib. Hazırda ekspert qrupunun formalaşdırılması prosesi davam etdirilir. (Azərtac)