Müğənni Kərim Abbasov plastik əməliyyatlarından danışıb.
Viral.az xəbə verir ki, “Xəzər axşamı” verilişində qonaq olan ifaçı yenidən bıçaq altına yatmaq istədiyini söyləyib:
“İki il əvvəl üzümdə kök hüceyrə əməliyyatını etdirdim. Demək olar ki, bu əməliyyatın müsbət nəticəsini də gördüm. Üzümün cizgilərinə əməliyyatdan sonra baxanda görürsən ki, cavanlaşmağa doğru gedir.
Son Yazılar:
- Tikinti işləri aparanların nəzərinə – 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
- Bakıda 16 yaşlı qız itkin DÜŞDÜ
- 8-ci sinif şagirdi HELİKOPTER maketi hazırladı – VİDEO
İnsan gərək özünə qulluq, diqqət və hörmət etsin. Əməliyyatı isə istər səhnə, istərsə də səhnədən kənar insan da edə bilər. Elə insanlar var ki, onlar düşünürlər ki, kişinin “balkonu” (qarnı nəzərdə tutur – red.) olmalıdır. İnsanlar da var ki, özünə mütəmadi baxır. Bu məsələyə hər kəsin özünəməxsus və bir cür yanaşması var.
Niyə də mən plastik əməliyyat etdirməyim ki? Zamanı gələndə plastik əməliyyat da, bədənşəkilləndirmə də edəcəyəm. Plastik və estetik əməliyyatlar təkcə qadınlar üçün deyil. Bu, bütün özünə baxan və qiymət verən insanlar üçündür”. // axşam.az