Bakının Sabunçu, Xətai, Nərimanov və Qaradağ rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Viral.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Təmir-quraşdırma işləri aparılan zaman Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Daş karxanası, Subtropik sovxoz ərazisi və “Maştağa-Gülçülük” yaşayış massivinin, Xətai rayonu üzrə Cavanşir, Qədir Məmmədov, Ramiz Quliyev, Sadıqcan küçələrinin, Nərimanov rayonu üzrə Ziya Bünyadov prospektinin, Qaradağ rayonu üzrə isə Səngəçal, Əzimkənd, Umbakı qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.