20 il edamını gözləyən adamın təqsirsiz olduğu BİLİNDİ

Texasda məhkəmə 20 ilə yaxındır ki, ölüm cəzasını gözləyən şəxsi günahsız hesab edib.

Viral.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Amerikalı Kerri Maks Kuk iki dəfə – 1979 və 1994-cü illərdə qonşusu Linda Co Edvardsın vəhşicəsinə zorlanması və öldürülməsi ittihamlarına görə ölüm cəzasına məhkum edilib. Kukun zərərçəkmiş şəxslə eyni yaşayış kompleksində yaşaması onun işdə şübhəli olmasına səbəb olub. 1999-cu ildə bu adam günahını etiraf edib.

Son Yazılar:

Kişi hökmdən apellyasiya şikayəti verə bilib. Məhz bu həftə Texas məhkəməsi nəhayət ki, yalançı şahidlik və sübutların yanlış təfsirinə görə Kuku təqsirli bilməyib.

Kukun kamera yoldaşı iddia edib ki, guya həmin şəxs cəzaçəkmə müəssisəsində səmimi söhbət zamanı ona cinayəti törətdiyini etiraf edib.

Yusif EYVAZLI