Deputatlar Özbəkistanda keçirilən tədbirlərdə iştirak edirlər

Deputatlar – Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Milli Məclisin deputatı Eldar Quliyev Özbəkistanda Azərbaycanın müstəqillik günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edirlər.

 

Son Yazılar:

Viral.az xəbər verir ki, onlar Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə ilə təşkil etdiyi tədbirlərdə təmsil olunurlar. Deputatlar Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda onun barelyefi önünə gül dəstələri qoyub, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində isə Ulu öndərin fəaliyyətini əks etdirən xatirə lövhələri ilə tanış olublar. Deputatlar həmçinin Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarına həsr olunmuş lövhənin qarşısına gül dəstələri qoyub, ziyarət ediblər. 

Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 ilinin tamam olduğunu bildirib. Səfir AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Diplomat Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında danışıb. Bildirib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub, qonşu dövlətlərlə, həmçinin Avropa və Amerikanın 20 ölkəsi ilə diplomatik əlaqələr qurulub. Sonra Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin turizm imkanları, tarixi abidələri əks etdirən videoçarx nümayiş olunub. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Milli Məclisin deputatı Eldar Quliyev səfər çərçivəsində tədbirdə iştirak edən Özbəkistan Ağsaqqallar Şurasının rəhbərliyi və Özbəkistanda yaşayan diaspora fəalları ilə görüşüblər. Diaspora fəallarını qarşıdan gələn müstəqillik günü münasibətilə təbrik ediblər. Onlara bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu siyasət sayəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb, neft strategiyası həyata keçirilməyə başlanıb, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini deyən deputat, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən də danışıb. Vurğulanıb ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad edilib. Görüş əsnasında deputatlar bildiriblər ki, Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən deputat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb.