Nurməhəmmədov Dağıstanda baş verən terror aktlarından DANIŞDI

Keçmiş rusiyalı qarışıq stil (MMA) döyüşçüsü Həbib Nurməhəmmədov İnstaqram səhifəsində Dağıstanda baş verən terror aktlarından danışıb .

Viral.az xarici KİV-ə istinadən bildirir ki, idmançı özünün və yaxınlarının qayğısına qalmağa çağırıb.

“Hər kəs öz ətrafına və övladlarının ətrafına baxsın, kimlərlə ünsiyyət qurur, ətrafı kimlərdir. Ruhların tərbiyəsi bədən tərbiyəsindən daha vacibdir”, – Nurməhəmmədov yazıb.

Son Yazılar:

Bundan əvvəl Ultimate Döyüş Çempionatının (UFC) çempionu İslam Maxaçov terror aktları barədə danışıb .

“Bu qeyri-insani şıltaqlıqları gözəl İslam dini ilə bağlamayın”, – deyə o bildirib.

Qeyd edək ki, Bazar günü, iyunun 23-də yaraqlılar Mahaçqala və Dərbəndə hücum ediblər . 15-dən çox insanın ölümü ilə nəticələnən terror aktları fonunda Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib.

Yusif EYVAZLI