Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələrə müraciət edib.
Agentlikdən Viral.az-a verilən xəbərə görə, qaydalara əsasən xaricdə natamam ali təhsil alan (təhsilini tamamlamamış) şəxslər öz təhsillərini Azərbaycanda yerləşən ali təhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraq kvalifikasiyalarının qismən akademik tanınması haqqında şəhadətnamə əldə etməlidirlər.
Bu şəhadətnamə sahibinə yerli ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət hüququ verən vacib sənədlərdən biridir.
Son Yazılar:
- Bu ölkədə 9 ildə ən böyük qızılca alovlanması qeydə ALINDI
- “İğtişaş olsa, interneti kəsəcəyik” – Lukaşenko
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
Tələbələrin köçürülməsi yay mövsümündə başlayacağı üçün prosesdə iştirak edəcək şəxslərin şəhadətnamə əldə etməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə //apply.enic.edu.az/ keçidi vasitəsilə elektron qaydada müraciət etmələri tövsiyə olunur.