Ukrayna prezidenti Volodimir Zelenski Qərb silahları ilə Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verməyə çağırıb.
Viral.az xəbər verir ki, bununla bağlı o, yaydığı videomüraciətində deyib.
Son Yazılar:
- Zaqatalada 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ
- 35 şirkətin rəhbəri həbs edildi – Bu vəzifəlilərlə əlbir imiş
- Bu ərazilərdə yağış yağır – FAKTİKİ HAVA
Zelenski həmçinin Qərb ölkələrini Kiyevə daha çox uzaqmənzilli silahlar verməyə çağırıb: “Bizə daha çox mənzil lazımdır, ukraynalılar üçün uyğun silahlar lazımdır və biz bunun üzərində tərəfdaşlarla işləyirik, həlli yaxınlaşdırmaq üçün hər şeyi edirik”.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, ABŞ-ın Kiyevə verdiyi uzaqmənzilli ATACMS raketləri son nəticədə Kerç körpüsünü məhv edə bilər. Amerikanın “Philadelphia Inquirer” nəşrinə müsahibəsində Budanov qeyd edib ki, “sual yalnız raketlərin sayıdır, lakin prinsipcə onlar belə bir tapşırığın yerinə yetirilməsinə imkan verəcək”.