“Gənc görünmək üçün təkcə çəkini izləmək deyil, həm də vitamin çatışmazlığını doldurmaq lazımdır”.
Viral.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə kosmetoloq Nadine Pak bildirib.
Həkimin sözlərinə görə, dəri güzgü kimi bədənin vəziyyətini əks etdirir. Yaşla, antioksidantların qəbuluna daha çox diqqət yetirilməlidir: Omega-3, A, E, C vitaminləri, koenzim Q10, lipoik turşu.
Son Yazılar:
- “Nəslimizin belini qırırsan” – Əməkdar artist
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
“Bu qidalar qocalmanı yavaşlatmağa, ürək-damar sisteminin işini dəstəkləməyə və metabolik prosesləri normallaşdırmağa kömək edir. Faydalı komponentlərin əlavə qəbulu dərini sağlam və parlaq saxlamağa kömək edəcəkdir”.
Kosmetoloq vurğulayıb ki, həmçinin dərinin qorunması olmadan günəşə məruz qalmamaq tövsiyə olunur.
“İllər keçdikcə bu, toxumaların zədələnməsinə və fotoyaşlanmasına səbəb ola bilər. Bundan əlavə, üz, əllərin arxası və dekolte bölgəsindəki hiperpiqmentasiya insanı vizual olaraq qocaldır”, – deyə kosmetoloq qeyd edib.
Yusif EYVAZLI