Hazırda azərbaycanlı zəvvarların səkkiz qrupu Mədinəyə gəlib, digər qrup isə Məkkə şəhərindədir.
Viral.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri deyib.
Son Yazılar:
- Həbs qərarına Netanyahunun ofisindən CAVAB
- Rusiya Ali Radaya zərbə endirəcək
- Damarları yağlı qidalardan qorumaq üçün nə içək?
Onun sözlərinə görə, bu gün də daha yeddi qrup Mədinə şəhərinə gələcək:
“İyunun 28-nə kimi bütün qruplar Məkkədən Mədinə şəhərinə gələcək. Hər gələn karvan Mədinə şəhərində üç gün qalır. Ayın 26-sı isə ilk qrup təyyarə ilə Bakıya yola salınacaq”.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1500 nəfər gedib.