Avropa çempionatının rekorduna imza atdı

Almaniya millisinin futbolçusu Toni Kross Avropa çempionatında qrup mərhələsində ən dəqiq ötürmələrə görə yeni rekorda imza atıb.

Viral.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsindəki “Opta Co” hesabında məlumat verilib.

Yarımmüdafiəçi Avro-2024-ün üç oyununda 324 dəfə komanda yoldaşlarına topu dəqiq ötürüb və 2016-cı il qitə çempionatında özünün rekordunu qırıb.

Son Yazılar:

İlk üçlüyü İspaniya millisində çıxış etmiş Xavi tamamlayır. Avro-2012-nin qrup mərhələsində o, 317 dəqiq ötürmə edib.

Yusif EYVAZLI