24 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Maksat Mamıtkanovu qəbul edib.
XİN-dən Viral.az-a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.
Son Yazılar:
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkə rəhbərlərimiz arasında son zamanlar daha da artan təmasların, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğu vurğulanıb.
Ölkələrimiz arasında çoxtərəfli platformalarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensiv təmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyul ayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün və oktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadə olunub.
Görüş zamanı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.
Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinin təqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyin bariz nümunəsi olduğu vurğulanıb.
Səfir Maksat Mamıtkanov ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.