İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Tehranın qonşu ölkələrlə münasibətləri gücləndirmək siyasətini davam etdirəcəyini bildirib.
Viral.az xəbər verir ki, İranın baş diplomatı X sosial media platformasında Oman Sultanlığının xarici işlər naziri Bədr bin Həməd Əl Busaidi ilə görüşündən bəhs edib. O yazıb:
“Qonşularla münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi siyasəti bundan sonra da davam etdiriləcək”.