Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.
Viral.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Son Yazılar:
- Ağalarovun Əminə ilə yeni görüntüsü – VİDEO
- Kanada Ukraynaya NASAMS HHM sistemi verdiyini TƏSDİQLƏDİ
- “Yalı çapkını” final edə bilər
Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilənlərin ümumi sayı 85 nəfər olub ki, bunlardan da 63-ü bakalavriat, 6 nəfər tam orta ixtisas bazası, 16 nəfər ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olublar.