Fil safari zamanı turisti avtomobilindən çıxararaq TAPDALADI

Amerikalı turist Zambiyada safari zamanı avtomobilindən sürüklənərək fil tərəfindən tapdalanıb.

Viral.az xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.

Nyu-Meksikodan olan 64 yaşlı Culiana Qle Turnoya hücumun Livinqston şəhərindəki Maramba Mədəniyyət Muzeyi yaxınlığında vəhşi heyvan sürüsünü müşahidə edərkən baş verdiyi aydınlaşdırılır.

Son Yazılar:

Zambiya hakimiyyəti turistlərə vəhşi təbiəti müşahidə edərkən son dərəcə diqqətli olmağı tövsiyə edib.

Mənbənin sözlərinə görə, bu, 2024-cü ildə ikinci belə haldır. Mart ayında bir fil safari zamanı turistlərin olduğu yük maşını qovub və yaşlı sərnişinlərdən birini xilas etmək mümkün olmayıb.

(redaktor.az)