İsveçrəli alimlər yeməli robot hissələri yaradıblar.
Viral.az xəbər verir ki, bu barədə “Nature Reviews Materials” jurnalında məlumat dərc olunub.
“RoboFood” layihəsinin mütəxəssislərinin fikrincə, yeməli robotlar dərmanların çatdırılması üçün tibbdə, eləcə də yemək hazırlamaqda faydalı ola bilər.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Alimlər sağlamlığa zərər vermədən udula bilən miniatür robot yaratmaqdan danışıblar.
Onlar həmçinin yeməli pilotsuz uçan aparat və təhlükəsiz batareyalar hazırladıqlarını açıqlayıblar.
Robotun yaradılması zamanı isveçrəli mütəxəssislər yeyilməz komponentləri qida ilə əvəz ediblər.
Beləliklə, jelatin və düyü peçenyeləri rezini əvəz edib, şokolad isə rütubətli mühitdə mexanizmləri qorumaq üçün istifadə edilib. Aktivləşdirilmiş karbon isə keçirici mürəkkəb rolunu oynayıb.
Alimlər həmçinin bildiriblər ki, 2017-ci ildən başqa yeməli qadcetlər hazırlayırlar. Bunlara biomateriallardan yaradılmış dron və kiçik cihazları gücləndirə bilən riboflavin və quercetindən hazırlanmış təkrar doldurulan yeməli batareyalar daxildir.
İndi onlar yeməli və yeyilməz komponentləri birləşdirmək problemi ilə üzləşiblər.
Qeyd edək ki, 2023-cü ilin may ayında İtaliya Texnologiya İnstitutunun (IIT) alimləri badamlardan təkrar doldurulan batareya yaratmağa müvəffəq olublar. Mühəndislərin fikrincə, akkumulyator 0,65 vatt gərginlik ötürməyə və bir dəfə doldurulmaqla təxminən 12 dəqiqə işləyib
(redaktor.az)