Rusiyanın daha bir şəhərində küçədə atışma oldu

Rusiyanın Rostov vilayətinin Bataysk şəhərində naməlum şəxs küçədə atəş açıb.

Viral.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə iyunun 24-də axşam Rusiya Daxili İşlər Baş İdarəsinin region üzrə nümayəndəsi bildirib.

“Polis müəyyən edib ki, naməlum şəxs konstruksiyasına görə travmatik tapançaya bənzər əşyadan atəş açıb. Polis hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində bir sıra tədbirlər həyata keçirir”,- deyə məlumatda bildirilir..

Son Yazılar:

Şəhər administrasiyasının rəhbəri Roman Voloşin öz Telegram kanalında hadisə ilə bağlı araşdırmalara başlanıldığını, Daxili İşlər İdarəsinin əməkdaşlarının hadisə yerində işlədiyini vurğulayıb.

(redaktor.az)